28 August, 2009

Viktor Hüqo - Fransanın vicdanı

Viktor Mari Hüqo
(26 fevral, 1802 - 22 may, 1885)
Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya ) və "Noterdamlı qozbel" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır. Səfillər epopeyası həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları - cinayətkarları, fahişələri və s. müdafiə etmişdir. Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir. Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.

Əsərləri:

  • "İsland Han" - (1823) ilk romanı
  • "Yeni mədhiyyələr" şerlər toplusu - (1824)
  • "Kromvel" dramı - (1827)
  • "Mədhiyyə və balladalar" - (1828)
  • "Şərq poemaları* (1829)
  • "Marion de Lorm" dram əsəri - (1829)
  • "Ernani" dramı - (1829)
  • "Gənc Fransa" inqilabın himni olacaq mədhiyyə - (1830)
  • "Noterdamlı qozbel" romanı - (1831)
  • "Kral əylənir" dram tamaşası - (1832)
  • "Edam məhkumun son günü" (Le dernier jour d’un condamné) - (1832)
  • "Klod He" - (1834)
  • "İşıq və kölgə" şerlər toplusu - (1840)
  • "Bir cinayətin tarixi" - (1852)
  • "Cəzalar" (Les Châtiments) - (1853)
  • "Düşüncələr" poetik avtobioqrafiyası - (1856)
  • "Əsrlərin əfsanəsi" tarixi poeması - (1856) (İkinci hissəsi 1877-ci ildə nəşr olunur)
  • "Səfillər" - (1861)
  • "Vilyam Şekspir" - (1864)
  • "Küçə və meşələrin nəğmələri" - (1865)
  • "Dəniz zəhmətkeşləri" - (1866)
  • "Gülən insan" - (1869)
  • "93-cü il" - (1874)

«Siz ulduzları parıldadığı və uzaq olduğu üçün seyr edirsiz. Amma yanımızda daha incə parıltı və daha dərin sirr olan qadınlar var»

Viktor Hüqonun 79-cu ad günündə Paris və Fransiya milli bayram kimi qeyd edirdi. Eylau küçəsində triumfal arka quraşdırmışdılar. Hüqonun evinin qarşısından 600 min parisli keçəndə nəvələriylə pancərənin qarşısında durmuş Hüqo öz pərəstişkarlarına minnətcasına baş əyirdi. Yarım il sonra küçənin adını da dəyişdirib Viktor Hüqo küçəsi qoyurlar. Öz küçəsində Hüqo hələ 4 il də yaşadı. Son mənzilə yola salınanda isə camaat onun tabutu ardıyca dəniş kimi axışırdı. İki ağ qızılgülləri çələngindən başqa heç nə ilə bəzənməmiş cənazə arabasının qabağınca 200 min parisli gedir, 2 milyondan artıq fransalı isə yol boyu düzülmüşdü. Vəsiyyətnaməsində Hüqo belə yazmışdı: «Mən 50 min frankı kasıblarçün qoyub gedirəm. İstəyirəm ki, məni yoxsullar üçün nəzərdə tutulan arabada yola salsınlar. Bütün kilsələrdə matəm mərasimindən imtina edirəm. Hamıdan mənim ruhumçün dua etməyi rica edirəm. Allaha inanıram. Viktor Hüqo»

Zəif, yekəbaş və kədərli uşaq

Fevralın 26-da Bezansonda Leapold və Sofi Hüqonun üçüncü oğlu dünyaya gəldi. Xaç valideynlərinin şərəfinə onu Viktor-Mari adlandırdılar. Zirək, qırmızayanaq qardaşlarından fərqli olaraq zəif, yekəbaş, qəmgin bu uşağın gözlərindəki kədərin arxasında nələr durduğunu hələ heç kim bilmirdi. Mayor Leopold Hüqo ehtiraslı, italyanların «Həmişə hazır cənab» adlandırdığı kişi tipində idi. O arvadına vurğundu və arvadından evlilik borcunu icra eləməyi həddindən artıq tez-tez yerinə yetirməyi tələb eləsə də xanım Hüqo ailə üzvlərinin sayının fasiləsiz artmasına müqavimət göstərirdi. Məhz bu xəsiyyətini Viktor Hüqo atasından miras almışdı. Hüqo ailəsinin damarlarında bir damcı da zədacan qanı axmırdı. Onlar burjua təbəqəsindən olaraq ailə, səliqə-sahman və qənaətcillik kultuna sitayiş edirdilər. Viktor Hüqo bu keyfiyyətini də ömrünün axırınadək saxlamışdı. Gündəlik xərclərini simicliklə dəftərçəsinə qeyd edərək (məsələn: alma- 1 su) həmişə haqq-hesab çəkərdi. Atası Napaleon ordusunun generalı olduğundan uşaqlığı bir şəhərdən o birinə keçməkdə keçib. 5 yaşından bəri Viktor atasının polkuna təhkim edilərək özünü əsgər sayırdı. Bir-biiriylə yola getməyən valideynləri ayrı yaşamaq haqqında icazə alandan sonra Volter gah atasıyla, cah da anasıyla yaşayırdı. Güclü qadın olan anasının təsiri altında böyüyən Viktorun sevgisini atası yalnız arvadının ölmündən sonra qazana bilmişdi. Artıq pansionda oxuyarkən o, ədəbi şöhrət haqqında şirin xəyallara dalırdı. Hüqo qardaşları jurnal nəşrinə baş qoşandan il yarım ərzində Viktor 11 ləğəb altında 112 məqalə və 22 şer çap elədi. İlk kiğabının çap xərcini böyük qardaşı Abel boynuna götürmüşdü. Sonralar Hüqo ilkin yaradıcılığını «axmaqlıq» adlandıracaq. Fransız Akademiyasının müsbət rəyini və Tulusda qazandığı mükafatları gördükcə ata Hüqo oğlunu Politexnik məktəbin şagirdi görmək arzusundan əl çəkməli olacaqdı.

Bir çamodan məktubun sonu

Hələ yeniyetmə olarkən qonşu qızı Adel Fuşeyə vurulur. Amma anasının bu əlaqədən heç xoşlanmırdı və gənc sevgilinin cibində qara qəpiyi də yoxuydu. Anası vəfat edəndən sonra ata Hüqo onların görüşməsinə icazə verir. Viktor Hüqoya odalarına görə illik 1200 frank təqaüd kəsiləndən sonra maneələr aradan qaldırıldı. Epistolyar tərzdə sürən sevgi romanı bir neçə çamodan uzun-uzadı məktublarda cərəyan edərək sonda mülkiyyət və maddi maneələri uğurla aşıb xoşbəxt sonluqla, yəni evlənmə ilə bitir. Atasının qoltuğuqdan çıxıb qələmiylə pul qazanaraq cəmiyyətə çıxan kimi onu Favn (Roma əsatirlərində çöl, lağ, meşə allahı) adlandırdılar. Gəncliyində monarxist və katolik olan, dostlarına əxlaq və ləyaqət haqqında uzun-uzadı məktublar yazan Hüqo ədəbi- teatral mühitə və çoxlu gözəl qadınların içinə düşən kimi fikirləridən tezcənə əl çəkir. Arvadı da intim məsələdə lap qaynanasına çəkərək ailə qayğıları və çirkli bələk əskiləri içində batmaq fikrində deyildi. Adelin «ali münasibətlər» haqqında uydurduqları yataq otağında darmadağın edilirdi. Çünki qısa müddətdə Hüqo ailəsində 4 uşaq dünyaya gəlmişdi. 8 illik evlilik ərzində 5 çox ağır keçən hamiləlikdən yorulan Adel sonra atletik seksuallığı ilə seçilən Hüqo ilə intim münasibətini tam kəsdi.

Yataqdan sürgünədək

Romanlarda olduğu kimi «səhnəyə» ailə dostu, eləcə də Viktorun fikir dostu Sent-Byov qatılır. Əsəbindən zəncir çeynəsə də Hüqo əlbəttə ki, monastra getmədi və Jülyetta Druye adlı məşuqəsinin sevgisində ürəyini ovutdu. Keçmişdə ən cəsarətli pozalarda natura kimi çıxış edən amma zəif aktrisa olan Culyettaya rast gələndə Hüqo «Favn» ləqəbli məşhur şair idi. Arvadının gizlətmədiyi etinasızlığı və cəsarətsiz itaətkarlığı məşuqəsinin «sevgi sevincləriylə» müqayisəyə gələ bilməzdi. Hüqo məşuqəsini tirancasına özəlləşdirərək onu küçəyə nəfəs almaqçün çıxmağa da qoymurdu. Yanına gələ bilməyəndə əvəzində şerlərlə zəngin məktublarla canını qurtarardı. Culyetta onu uzun səfərlərində, hətta Gernsi adasına sürgün ediləndə də müşayiət edirdi. Julyetta bilirdi ki, Hüqo heç vaxt onunla evlənməyəcək, ona görə də heç can atmırdı da. Onun «paralel» maraqlarıyla da barışaraq «tənha monastrında» Hüqonu səbrlə gözləyirdi. Axı dahilərə hər şeyi bağışlayırlar?!

«Min yol, bir məqsəd»

Arvadı Adellə soyuqluğu 11 ilin sadiq kişisinin iştahasını oyatdı. Hüqo üçün səhər tezdən cavan fahişəylə, günorta hər hansı aktrisa, axşamüstü bir kurtizanka ilə məhəbbət yaşaması adi gündəlik həyatı idi. Bu, gecə yarısından səhərədək Culyetta ilə yataqda «dombalaq aşmağa» heç də mane olmurdu. Julyettanın açdığı bir sıra sirrlərdən sonra Hüqo özü üçün «Qadınlar hesab edirki, mən valehediciyəm» deyə bilirdi. Ağıllı və gözəl qadınları sevən Hüqo bu keyfiyyətləri tapmayanda da məyus olmazdı. Onun şəxsiyyəti və şöhtrəti yanında nəvəsi yaşında qadınların dolaşmasını təmin edirdi. Bircə evli xanımları heç vaxt yoldan çıxarmazdı. Julyetta sevimli məşuqəsi statusunda olarkən rəqiblərinin sayını hesablayaraq 2 il ərzində 200 –dən artıq qadının adını siyahıya almışdı. Hüqo sevgi «cəbhəsində» də intriqalar, sirrlər yaradır, məşuqəlrini gizli qapılardan içəri salaraq, heç ehtiyac olmasa da guya kimdənsə gizlənirmiş kimi yaddan çıxmız otaqlara, çardaqlara dartıb apararmış. 80 yaşında cavan qulluqçunu qucaqlamaq istəyərkən cavan nəvəsiylə üzləşəndə «Jorj, bir bax, onlar gör kimi dahi adlandırırlar?!» demişdi. Ömrünün son ilində də qoca Hüqo qadınların əlini öpüb kompliment deməklə kifayətlənmirdi. O hələ də yataq otağının pəncərəsindən cörünən «ulduzlu səma»nı kiməsə göstərə bilirdi. 83 yaşlı Hüqonun gündəliyində ölümündən 4 ay əvvələ qədər 8 qadınla görüşündən «batal səhnənin» təsvirləri var. Amma Julyetta «həqiqi arvadım» statusunu 50 il ərzində, 77 yaşında Hüqonun qucağında vafat edənədək itirmədi. Julyettadan sonra yaşadığı iki il ərzində özünə məhdüdiyyət qoymasa da sevimli xanımını itirməyindən bir qədər sınmışdı.

Simic, əliaçıq, müqəddəs və günahkar

Şairin enierjisi sanki fontan vururdu. O, sutkada cəmi 4 saat yatardı. Ədəbi şedevrlərini ayaqüstü yazan şair və lovğalanırdı ki, onun hər hansı fikirləri, ideyaları, hissiüatı, nəzəriyyəsi gəlir gətirməyə bilməz. «Paris Notrdam kilsəsi» romanı haqqında o deyirdi ki, bu təxəyyülün, qəribəliklərin və fantaziyanın məhsuludur. Amma əsəri yazmaqçün materialı 3 ilə toplamışdı. Əsəri naqşirə təhvil verəndə onun evi, ailəsi və 15 min frank illik gəliri vardı. Tezliklə daha çox qazansa da hər axşam qəpiyinəcən hesablamalar aparırdı. Simic və əliaçıq, hirsli və mərhəmətli, müqəddəs və cünahkar həyatı yaşayan şair onsuz da öz günahlarını, xəyanətlərini, sapmalarını əziz adamlarını itirməklə yuyacaqdı. Böyük qızı dənizdə boğulacaq, kiçik qızı isə heç ərə getməmiş havalacaqdı. Hüqo arvadının da, məşuqəsinin də ölmünü görəcəkdi. O, iki oğlunun həyatdan getməsini yaşayacaqdı. Bundan sonra ona iki nəvəsi Jorj və Jannanı böyüdən tənha baba kimi yaşamaq qalırdı.

«Əzilmiş və alçaldılmışlar»

Gəncliyində yazdıqları onu monarxist və klassikləri ənənsinə qayıtmağı tövsiyə edən monarxist şöhrəti qazandırmışdı. Onu tanınmış şair adlandıranda onun cəmi 20 yaşı vardı axı. Sinfi münaqişəni mənəvi təsirlə əvəz eləmək, sülhə çağırış kimi ideyaları kitabların ön sözündə canlanırdı. Monarxizmdən uzaqlaşdıqca o, romantizm pozisiyasında daha əminliklə dayanırdı: «Bəsdir, avtoritetlərə qulaq verdik, təbiətin, həqiqətin və öz ilhamının səsini dinləmək lazımdı. Dahi, faciəvi, eybəcərliyi təsvir edən «personaj» yox, dahilik, məzəlilik, faciəvilik, gözəllik və eybəcərliyi özündə birləşdirən canlı insanlar yaratmaq lazımdı... Rədd olsun klassiklər, yaşasın teatrın allahı Şekspir...» Şairin rolu gerçək həqiqətdən düzcün ədalətə doğru yol açıb insana yol açıb göstərməlidi. Bu eybəcərlikdən gözəlliyə, qaranlıqdan işığa, heyvandan insana doğru gedən bir yoldur. Ona görə də əsil sənətkarın yaratdığı həqiqi əhvalat deyil, bu şairin həqiqətidir. Zülmətdən işığa, monarxiyadan terror respublikası vasitəsiylə mərhəmət respublikasına gedən yol .... «Paris Notrdam kilsəsi»ndə Esmiralda və Kvazimoda kontrastı, «Səfillər»də katorqada olmuş Jan Valjan və qanun qulluqçusu Javerin kontrastı, həyatda terror respublikası və mərhəmət respublikası arasında kontrastda həmişə yaxşılıq qalib gəlir! «Səfillər»in qəhrəmanı Jan Valjan bəşəriyyətin intibahı, sevgi və mərhəmətdən sonra oyanın insanlığın simvoludur. «Gülən adam»dakı kralın əmriylə eybəcərləşdirilmiş Quinplen də şikəst edilmiş xalqın simvoludur: «Mən güclülərin şikəst elədiyi bəşəriyyəti təmsil edirəm. Onun da hüququnu, həqiqətini, ağılınıÖ düşüngəsini mənim ağız və burnumu eybəcər hala saldıqları kimi şikəst ediblər». Sevgi eybəcər Kvazimodanın ürəyində insani hisslər doğurduqca Frollonun içində heyvani hissləri oyadır. Onlar iki insan tipinin parlaq nümunələridir.

«Azadlıq geri dönəndə qayıdıcam»

Fransızlar Hüqo üçün belə yazırdılar: «Hüqo doğulanda əsrin iki yaşı vardı. Öləndə isə əsrin cəmi 15 il ömrü qalmışdı». 1841-ci ildə Hüqo «ölməzlər» Akademiyasına seçildi, daha sonra isə Fransanın Peri səviyyəsinə qaldırıldı. 1848-ci il fevral hadisələrində 8-ci Paris dairəsinin meri kimi nitqində Lui Bonaparta qarşı çıxış edəndən sonra Parisdən getməli oldu. Bonapart rejimi Parisdə tüğyan eləyən vaxt Hüqonun başına 25 min frank qiymət qoyulmuşdu. O Fransanı tərk edəndə səfərini sürgün adlandırdı. Hüqo Fransaya bir də 20 ildən sonra qayıdacaqdı... «Dəniz kənarında ağ koma» adlandırdığı villasında yaşayarkən Hüqo hər səhər tezdən durub soyuq suyla yuyunur, qara kofe içir, şüşəli eyvanda günəş şüaları altında işləyirdi. Sonra gəzişir, ailəsiylə və qonaqlarıyla nahar eləyir və hər gün düz saat 10-ci yatağa girirdi. Hər bazar ertəsi yerli kasıblardan 40 nəfər uşağı evə dəvət edib onlarla birgə yemək yeyərdi. «Səfillər»in davamı, «Əsrlərin əfsanəsi», «Gülən adam» Quinplen də Büllur qüllədəki balaca eyvanda yaranıb. Bu villanın qapıları vətəndən qovulan siyasi emiqrantların üzünə taybatay açıq idi. Sürgündə «Kiçik Napaleon» panfletinin işıq üzü gördüyü günü əsil Hüqonun doğulduğu gün sayırlar. Bu dövrdə buraxdığı «Qisas» və «Dalğınlıq» şer məcmuələri Hüqonu başqa cür tanıyan fransız oxucusunu heyrətə saldı. Bu kitabların ön sözündə «...bü kitabı elə oxumaq lazımdı ui, elə bil müəllifi artıq ölüb. Ömrümün 25 ili buradadır» yazılmışdı. Milli şair olmaqda davam edən Hüqonunu əsərlərini çap eləməyi qadağan etməyə 3-cü Napaleon ürək eləmirdi. Amma bu büllur otaqlı villa da yavaş-yavaş boşalmağa başlayır. Övladları onu simiclikdə ittiham edir. Hüqonun gəlirinin üçdə biri didərginlərə və kasıblara paylanırdı. Arvadı da müxtəlif bəhanələrlə tez-tez Parisə dönürdü. Axırda oğlu onun üzünə qayıdır ki, artıq «yalançı sürgün komediyası» oyununu oynamaq fikrində deyil. Sona qədər yanında təkcə Julyetta qalır.

Zülmətdən işığa doğru

3-cü Napaleonun rejiminin süqutundan sonra Julyetta ilə Parisə qayıdan Hüqo imperiyaya qarşı çıxaraq respublikanın canlı simvoluna çevrilmişdi. Fransa yenidən respublika elan olunanda Hüqo «Var olsun Fransa, Yaşasın Hüqo» çatırışları altında Parisə qayıdırdı. O, Milli məclisin deputatı seçilərək terror respublikasına qarşı nitqlə çıxış eləmişdi. Geri dönəndə sərhəddi keçəndə Hüqo ağlayırdı. 68 yaşlı qocanın milli qvardiyaya yazılıb keşikdə durmasına heç kimin gülməyi gəlmirdi. Hüqo «Qisas» kitabının qonorarını silah tökməyə ianə edir. Yeni toplardan biri «Viktor Hüqo» adlandırılacaq. Məişət qayğıları, yanmış evi də qocanın gözündə deyil. Gündəlikdə yeni yazı əmələ gəlir: «Dünən mən siçovul yemişəm». Paris Kommunanı elan edəndə isə qoca Hüqo cavan oğlunun tabutunun ardıyca gedirdi. Hücuma keçən fəhlələr bir anlığa dayanıb dərddən beli yəilmiş, ağsaçlı imperiya qənimi oaln qocanı irəli buraxmalı olurlar. Yalnız oğlunun ölmü onu Paris Kommunası və vətəndaş müharibəsində iştirak etməkdən çəkindirdi. İndi o iki nəvəsini böyütməliydi. Artıq 75 yaşında olarkən Hüqo «Baba olmaq incəsənəti» adlı əsərini yazır. Ardıca qızı Adel havalanıb tamamilə başını itirmiş vəziyyətdə küçədən tapılıb evə gətirilir. O biri oğlu Fransua Viktor da 45 yaşında ağır xəstəlikdən vəfat edir.

«Mən qara işıq görürəm»

Hüqonun pafoslu ifadələri müasir oxucunun ürəyicə olmasa da bəşəriyyət ölümqabağı «Mən kitablarımda, dramlarımda, şerlərinmdə zəiflərin, rəzillərin dalında durub rəhmsizləri, güclüləri dilə gətirməyə çalışmışam. Mən təlxəyin, nökərin, katorqadan gələnin və fahişənin hüquqlarını bərpa eləmişəm» deyən insanı heç vaxt unutmaz. Viktor Hüqo Panteonda Volter və Russo ilə yanaşı yatır. O bu yeri özü qazanıb. Deyilənə görə ölüm yatağında olarkən Hüqo deyib: «Gündüzün işığı və gecənin zülməti arasında mübarizə gedir. Mən qara işıq görürəm». Hüqonun vəfat etdiyi bu gün Julyettanın ad günüdür...

Aforizmləri:

- Aristokratlar qadınların təhqir bildiyi bir şey - qocalıqla fəxr edir. Onlar hər ikisi cavan qalmaq illüziyasını yaşayır.

- Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun naturasına uyğun biçilib.

- Xalqın böyüklüyü onun sayı ilə ölçülmür, necə ki, insanın böyüklüyü onun böyu ilə ölçülməz. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.

- Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayır adamları cəlb eləyir.

- Nadanlıq çalasının üstünü örtsəz cinayətlərin də kökünü kəsmiş olarsız.

- Sevgidə insana həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün bunları sevginizdə tapmağı öyrənin!

- Populyarlıq pula dəyişdirilmiş şöhrətdir.  Dünyada ən böyük səadət sevilməkdə əmin olmağındır.

Müəllif: Gülnarə RƏFİQ

No comments:

Post a Comment