Bu layihə İCTİMAİ MEDİA saytının ədəbi-tarixi portretlər qoludur. Burada yayımlanan hər bir yazı həqiqi müəllifinə istinad olunmuşdur və Ədliyyə Nazirliyində Elektron Hökumət layihəsinin proqramında nəzərdə tutulan qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keşmiş formada hesab olunur və həmin materiallar hüquq müstevisinde Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə qorunur. Yazılar yayımlanarkən ilk növbədə müəllifindən mütləq icazə almanız tələb olunur.
23 November, 2009
Kristian Diorun həyatı
«Qadınlar 30 və 40 yaşı arasında çox cazibəli olurlar. Qadınların əksəriyyəti 40 yaşı adlayıb keçmədiyinə görə bu cazibə zirvəsini sonsuzluğa qədər uzatmaq olar»
Kristian Dior
Balaca oğlan yarıqaranlıq otaqda oturub nənəsinin uzaq ölkələr haqqında sehrli nağıllarını ləzzətlə dinləyirdi. Burda ağacların oyuğunda mavi rəngli pərilər yaşayır, eybəcər cadugərlər isə ocaqda zəhərli maye bişirir və supurgədə uçurdular. Oğlan oturub dinləyir və onların havada yellənən paltarların ətəklərini, Skandinaviya küpəgirən qarılarının bəyaz paltarlarını gözləri qarşısında canlandırırdı. Reallıqda isə küçələrdə Koko Şanelin müharibədən sonrakı ciddi üslubu hakim idi. Burda uzun ətəklərdən söhbət gedə bilməzdi. Qadınların süpürgəyə minib uçmağa, gözəl simalarını azmış cəngavərlərə göstərməyə vaxtı yox idi. Onlar zavod və fabriklərdə çalışırdılar və ölkənin dağılmış iqtisadiyyatını bərpa edirdilər. Amma balaca oğlan arzulayırdı ki, nə vaxtsa qadınları pərilər kimi geyindirəcək. Bu oğlanın adı Kristian Dior idi. Artıq yarım əsrdir ki, Kristian Diorun adı modanın sinonimi kimi işlədilir. Dior markası zəriflik, xanımlıq, kamil zövq deməkdir.
Diorların qoxusu
Kristian Dior cəmiyyətin aşağı təbəqələrindən çıxıb dünyanı fəth edənlərdən deyildi. O, imkanlı ailənin uşağı olub. Ailədə beş uşaqdan ikincisi olan Kristian Dior La- Manş sahillərində keçmiş balıqçı məntəqələrindən olan Qranvilldə doğulub. Onun atası kimyəvi maddələrin satışı ilə ağıllı başlı dövlət toplayıb zənginləşə bilmişdi. Anası isə evə gələn pulları ləzzətə çevirib zövq almağı bacaranlardan idi. İndi onun atası Moris Diora «fransız kimyasının flaqmanı» deyirlər. Amma 100 il əvvəl balaca Kristian təzəcə doğulan vaxtlarda yerli camaat səhərlər işə kimya fabrikinin yanından keçməli olanda sifətlərini əyib «Yenə də bu Dior iylətdi» deyib gedirdilər. Zavod çürümüş kökləri, yosunları, peyini emal edirdi. Kristian böyüyən kimi gözəllik haqqında öz fikirlərini cızdı və Paris Sənətlər Məktəbinə daxil olmaq arzusunu dilinə gətirdi. Əlbəttə ki, hiddətini gizləyə bilməyən valideynlərindən «yox» cavabı aldı. Onlar hesab edirdi ki, maskarad üçün geyimlər tikməyi sevməsinə baxmayaraq Fransanın ən varlı sənaye maqnatının oğlu normal sənət sahibi olmalıdı. Siyasi elmlər məktəbi kompramis variant kimi qəbul edildi. Kristianın gizli ehtirasları ortaya çıxdı – bogema restoranları, rus baletləri, ingilis parkları. Özü də musiqi yazmaq cəhdi edir və bir dənə də sərgini buraxmırdı. Vaxtı qalsaydı siyasət məktəbinə gedirdi, bəzən heç imtahanlara ayaq basmırdı. Bunu seyr edən valideynlərin şəxsi qalereya açıb oğlanlarının başını qatmaqdan başqa əlacı qalmamışdı. Ona görə də Kristian 20 yaşında diplomatik Akademiyadan qaçıb dostu Jan Bonjak ilə şərikinə öz qalereyasını yaratdı. Burada Deren, Matiss, Brak, Pikassonun əsərləri sərgilənirdi. Başqalarının işlərini sata-sata özü də əlinə qələm alıb çəkməyə başladı. Xoşbəxtliyin bir gün bitəcəyini heç kim gözləmirdi. Hər şey kiçik qardaşının havalanıb dəlixanaya düşməsindən başladı. Anası xərcəng xəstəliyindən vəfat etdi. Dəlicəsinə sevdiyi arvadını basdırandan sonra kiminçün işlədiyini bilməyən atası həyatının mənasını itirdi. Daha sonra varidatını itirib iflasa uğradı. Bədbəxtliklərin sırasında Kristianın qalereyası da bağlanmalı olur, çünki atası tərəfindən maliyyələşirdi. Diorun rahat dünyası dağılanda o özü də vərəmlə xəstələnir. Elə bu vaxt çoxsaylı rəssam dostları karına gəlir. Onlar atışıb Kristianı İspaniyaya müalicəyə göndərirlər. İbits adasında olarkən bəlkə də ilk dəfə idi özü ilə təkbətək qalırdı. Parisə qayıdanda Kriçtian artıq bilirdi ki, nə edəcək. Bundan sonra onun bircə arzusu var – tikmək!
Şlyapalar və jurnallar
Bir neçə ilin işsizliyindən, yarı ac dolanışıqdan, apatiya illərində vərəmləyib sağalandan sonra o, Jan Ozenn adlı rəssam və aktyorun yanında özünə məşğuliyyət tapdı. O, teatr üçün kostyumlar çəkməyə başladı. Tədricən dəbli jurnallar onun işlərini almağa başladı. Tale onu o vaxt çox tanınmış olan Lüsyen Lelonqun modalar evinə gətirib çıxardı. Bir neçə il Lelonqun assistenti işləyəndə o, hələ də nənəsinin nağıllarını unutmamışdı. İlk dəfə karsetli paltarlar, uzun balaqlı gözəl, təmtəraqlı geyimlər burda yaranırdı. Lelonqun yanında işləyərkən o, sənətin incəliklərini, texnologiyaları öyrənərək əl işinin qiymətini bildi və materiala qarşı həssaslığa yiyələndi. Gələcək kutüryenin qarşısına Piqe adlı modelyerin çıxması da daha bir addım sayıla bilər. Robert Piqeni onun şlyapaları cəlb eləmişdi. Burada bir il işlədikdən sonra taleyin şıltaqlığı yenə də uğuru onun əlindən alır. Dior orduya cağırılır. Müharibədən sonra Dior üçüncü dəfə hər şeyi yenidən, sıfırdan başlamalı olur. Yenə də jurnallar, modelyer işi, qadın şlyapaları… Əsil simasını göstərməyə nail olanda onun artıq 42 yaşı vardı. İlk uğursuzluğundan sonra yalnız 7 il keçmiş Dior yenidən sənət dünyasına qayıda bilir.
«New look», yəni yeni obraz
Parisin mərkəzindəki dükanını açarkən mağazanın lövhəsini asan fəhlələrə baxanda dodaqları qaçdı: «Anam sağ olsaydı, yəqin ürək eləməzdim…» dedi. Dior manikenləri seçmək üçün qəzetə elan vermişdi. Ona görə də mağazanın dar dəhlizi fahişələrlə dolu idi. Axı eyni zamanda fahişəxanaları qadağan edən qanun da çıxmışdı. Deyirlər ki, ilk kolleksiyasının nümayişi zamanı modelyer əlini cibindən çıxarmamışdı, xoşbəxtlik gətirən taxta parçasını barmaqları arasında sıxmışdı. İlk model baxışı Monten avenyuda, Dior Modalar Evinin açılışında nümayiş edilib. Tarım bel, hürdür sinə, kiçik çiyinlər, topuğacan ya enli, ya da dar ətəklər – bunlar Dior üslubunun əsas keyfiyyətləridir. Diora məşhurluq gətirmiş klleksiyada uzun, yun parçadan tikilmiş ətək, belə oturdulmuş jaketi Amerika «Harpers Bazaar» jurnalının baş redaktoru Karmel Snou görəndə özünü saxlaya bilmədi: «Bu ki, «new look»dur, yeni obraz!». Dior qadınların əlindən alınmış korsetlər, alt paltarları, beldəki romantik vurğu, dekolteni yenidən dəbə qaytardı. Onun bel xəttini yaxşı vurğulayan qara lak kəməri ən böyük yenilik sayıldı. Amma yaxşı geyim hələ də böyük dəbdəbə idi. Qadınlar iti çiyinli pencəklər və rahat biçilən düz qısa ətəklər geyinirdilər. Hamıya elə gəlirdi ki, «new look» hamını qorxudacaq və çəkindirəcək. Gözlənilənin əksi baş verdi. Məhdudiyyətlərdən, kasıbçılıqdan bezmiş parisli xanımlar yeni kolleksiyanı fərəhlə qarşıladılar. Bunu birmənalı uğur saymaq da olmazdı. Çünki o vaxtlar puritan, əxlaq məsələlərində ciddi mövqedə olan Amerika gözlənilmədən etirazlarını bildirdi: «O, tətillərlə iflic edilmiş, hər şeyin çatışmadığı və hər gün hakimiyyətdə dəyişikliklər baş verən bir ölkədə yenidən dəbdəbəyə necə qayıda bilərdi?». Hətta qısa ətəklərin müdafiəsi klubu da yaradıldı. Dioru ittiham edirdilər ki, o, qadınları eybəcərləşdirib. Amma kutürye yolundan dönənlərdən deyildi: «Qadınlar öz dəyişməz instinkləri ilə hiss etdilər mən onları nəinki gözəl, eləcə də xoşbəxt eləmək istəmişəm» deyə Dior öz uğurunu belə izah edirdi. Onu bir ağızdan söyən amerikalılar elə həmən il, yəni 1947-ci ildə Kristian Diora Böyük Moda nominasiyasında Oskar mükafatı verdilər.
İtirilmiş dünyanın açarları
Debütündən sonrakı on il ərzində Kristian Dior hər il iki kolleksiya ilə çıxış edərək publikanı şoka salmaqda davam edirdi. Hər yeni kolleksiya hadisəyə çevrilirdi. Hər il eyni vaxtda, fevralda və avqustun əvvəlində onun kolleksiyası nümayiş edilirdi. Kolleksiyaların adları da elə bil qulağı deşirdi: «Çələng», «Tsiklon», «Şaquli», «Zanbağ». Bu obrazlar camaatın gözlədiyi və qorxub çəkindiyi mövzular idi. Hər yeni nümayişdə tamaşaçı lərzəyə gəlirdi: «Görəsən hansı yeniliklər, dəyişikliklər olacaq?!». Hər yeni kolleksiyadakı geyim kutüryenin dəyər verdiyi dünyanı – teatr, opera, ədəbiyyat, güllər, muzeylər, Paris – tam əks etdirirdi. Bəzən intim dünya, sirrlər, kartlar da onun mövzusuna çevrilə bilərdi. Diorun iş bacarığı sadə, elit təbəqə üçün modalar evi saxlamaq istəyindən daha artıq şeyləri diqtə edirdi. Bir qədər tərəddüddən sonra o, xəz dəri sexi açaraq «Dior ətirləri» firmasını da işə saldı: «Ətir qabını açmaq kifayətdi ki, mənim kolleksiyamdakı paltarlar hamısı göz qarşısında canlansın. Mənim geyindirdiyim hər qadın öz arxasınca arzu və istəklərdən ibarət uzun bir şleyf buraxıb keçir. Ətir qadın şəxsiyyətində çox lazımlı bir nüansdır. Ətir paltarın sonuncu akkordudur, bir növ rəsssam Lankrenin öz tablolarını imzaladığı qızıl güllər kimi». İlk ətir «Miss Dior»dan sonra «Diorama», «Diorissimo» qoxuları da yarandı. Ətir onunçün itirilmiş dünyaya qapı kimi idi. Amma bütün bunlar modelyeri razı salmırdı. Bu istəyinin ardınca gedən ustad tezliklə əsil sənaye maqnatına çevrildi. «Biz müharibə ilə, onun uniformaları, möhkəm bədənli hərbçi qadınlarla vidalaşırıq» deyən Kristian Dior ən birinci neylon corabların istehsalına lisenziya almaya bilməzdi. Onun müəssəsi qalstuklar, korsetlər, əlcəklər, çantalar, hətta zinət əşyaları da istehsal eləməyə başladı. 1953-cü ildə artıq Amerikada tanınmış ayaqqabıçı Roje Vivye Diorla birgə işləməyə başladı. Axı seluetin tamamlanmasında ayaqqabının rolu sox böyükdü. Bu da Dior üslubunu kamil zirvəyə qaldıran bir «ştrix» oldu. 50-ci illərin sonunda Dior dəbdəbə dünyasında lider sayılan imperiyanın başında dayanırdı: «Mənimçün sənətim həmişə ortabablıq, adiliklə mübarizə vasitəsi kimi olub».
Ən bahalı «əjdahalar»
Kommersiya uğuru özüylə ictimai hörmət, nüfuz da gətirdi. Ona minnətdar olan xalqı 50-ci ildə Kristian Dioru Şərəf Legionu ordeni ilə təltif elədi. Bu orden Avropanın krall evlərinə açılan yollarda yaşıl işıqları yandırdı. Məşhurluğu artdıqca kino istehsalçıları onun kostyumlarını ekranda görməyi arzulayır. Dior modalar evi Rolaia Tüalın «Sütunlu çarpayı», Klod Otan-Laranın «Sevgi məktubları», Ren Klerin «Susmaq qızıldı» filmləri üçün geyimlər tikir. Marlen Ditrix, Edit Piaf, Yeva Qardner, Oliviya Xevilend onun paltarlarınnı geyib ekranlarda, səhnələrdə görünür. Onun Marsel Aşarın «Paris valsı» filmindəki işi ən uğurlu sayılır. Burada 3-cü Napoleonun dövrü təsvir edilib. Həmin dövrün dəbini Dior çox sevirdi.Qəribədir ki, dünyada ən bahalı və dəbdəbəli olmasına baxmayaraq milyonlarla qadın arasında ən populyar ad hələ də Dior Evi qalır. «Mənim bütün bildiklərim, gördüklərim və duyduqlarım, varlığımdakı hər şey paltarlara çevrilir. Geyim mənim fantaziyalarımın əydahalarıdır. Amma onlar əhilləşmiş əjdahalardır və xülyalar aləmindən bizim dünaymıza təşrif gətiriblər».
Uğuru qadınlar gətirəcək
«Əgər mən UĞUR sözünü ağlasığmaz macəra sayıla bilən karyeramın başlanğıcında məhz bu cür, yəni böyük hərflərlə yazmasaydım özümü nankor övlad sayardım». Dior özünü uğurlu hesab edən zaman onun həyatını izləyənlər düşünmürdü ki, uğur ona bu qədər rahat başa gəlib. Çünki hər saniyəsi gərgin işlə doldurulmuş həyatında bəzən 7 saatlıq normal yuxuya da vaxtı qalmırdı. Görkəmində cəzbedici bir şey yox idi. O, tez-tez qızarırdı, eləcə də daima gülümsəyirdi. Yavaşdan danışan idi və nitqi tez-tez qırılırdı. Xırda muncuq kimi hərflərlə imzasını qoyardı: «tian dior». Dior təbiətcə çox mövhumatçı idi. O, falçıların yanına getməyi və saatlarla pasyans açmağı çox sevərdi. Bir dəfə xiromant qadın ovcunun içinə baxıb demişdi: «Siz pulsuz qalacaqsız, amma uğuru sizə qadınlar gətirəcək».
***… Sehrli pərilər haqqında nağılı dinləyib otaqdan çıxanda balaca oğlan nənəsinə belə dedi: «Mən bilirəm ki, nə vaxtsa bütün qadınlar pəri kimi olacaq…». Qadınları pəri kimi görmək istəyən Kristian Dior 1500 kilometrdən də artıq parça işlədərək tikilmiş 100 min paltar sata bilib. Hər yeni kolleksiyası ilə Dior qadınları kişi obrazlarından xilas edərək gül-çiçəyə bənzədirdi.
Subscribe to:
Post Comments (Atom)
CASINO - JAMM KERUSZ ZWEIR - JTM Hub
ReplyDeleteCASINO. Casino is a hotel and casino located on the 오산 출장샵 corner 전라남도 출장마사지 of I-15 and I-15 in 양산 출장마사지 Las 남원 출장안마 Vegas, Nevada. With 24/7 Live Casino, 삼척 출장샵