Bu layihə İCTİMAİ MEDİA saytının ədəbi-tarixi portretlər qoludur. Burada yayımlanan hər bir yazı həqiqi müəllifinə istinad olunmuşdur və Ədliyyə Nazirliyində Elektron Hökumət layihəsinin proqramında nəzərdə tutulan qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keşmiş formada hesab olunur və həmin materiallar hüquq müstevisinde Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə qorunur. Yazılar yayımlanarkən ilk növbədə müəllifindən mütləq icazə almanız tələb olunur.
03 November, 2009
Al Kapone
Alfonso Qabriel Kapone, ya da qısaca Al Kapone. Məhşur qanqster İtaliya mafiyasının başçılığında Amerikada(Çikaqoda) 1920-1930-cu illər arasında fəaliyyət göstərirdi. Mafiya və xalq arasında "Çapıq Sifət" (Scarface) ləqəbi ilə də tanınırdı. Əslində isə o mebel ustası idi.
O 1899-cu il yanvarın 17-de İtaliyanın Neapol şəhərində, kasıb bir ailədə anadan olmuşdu. Alfonsonun kriminal karyerası gənc yaşlarında başladı. Hələ yeniyetmə ikən o 2 bandaya qoşuldu. Onlarnan bir yerdə xırda cinayətlər işlədi. Kapone 14 yaşında öz müəllimi ilə dalaşmış və onu öldürmüşdü. Bununla da o təhsilini başa vurmuşdu. O bu kimi cinayətlərlə kriminal aləmdə xüsusi ad qazandı. Bir neçə ildən sonra Al Kapone ilə həmin dövrün məhşur qatillərindən olan Frenk Qalluçio arasında mübahisə yarandı. Mübahisəyə səbəb Frenkin həyat yoldaşının Kapone ilə maraqlanması idi. Bu mübahisədə Frenk Al Kaponenin üzünə dərin bıçaq zərbəsi endirmişdi. O bunu edərkən qarşısında bir tarixin yazılacağını heç fikirləşməmişdi. Çünki, bu hadisədən sonra Alfonso kriminal aləmdə Al Kapone kimi yox, Çapıq Sifət kimi tanındı.
1931-ci ilin iyul ayında Kapone vergiləri ödəmədiyinə görə 11 il həbsə məhkum oldu. 1934-cu ildə "ALKATRAZ" həbsxanasına göndərildi və 7 ilən sonra ölümcül xəstə kimi oranı tərk etdi. Bununlada Al Kaponenin kriminal həyatı sona çatdı
Mario Puzonun "Xaç Atası" əsərinin ən məhşur ifadəsi məhz Al Kaponeyə məxsusdur.."Şəxsi heç nə yoxdu, bu yalnız biznesdi."
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment