Çarlz Con Hoffam Dikkens
(İngiltərə, Lendport, 7 fevral, 1812 - 9 iyun, 1870, Kent, İngiltərə)
Onun uşaqlığı sakit bir dövrdə keçmişdir. Dikkens vaxtının çoxunu açıq havada mütaliə etməklə keçirmişdir. Atasının həbs olunmasından bir qədər əvvəl 12 yaşlı Çarlz gündə on saatlıq bir işə başlamışdı. Sonralar o həyatını avtobioqrafik roman olan “Devid Koperfild”də qeyd etmişdir. 1827-ci ilin mayında Dikkens hüquq bürosunda işə başlamışdır. 1828-ci ilin noyabrınadək burada xidmət göstərmişdir. 1833-cü ildə Çarlz Dikkens özünün ilk hekayəsi olan “Qütb gəzintisində nahar”ı Londonda nəşr etdirmişdir. 1836-cı ildə “Boz” təxəllüslü Dikkenz özünün ilk romanını- “Pikvik qəzetləri”ni nəşr etdirməyə başlamışdır. Sonralar o “Oliver Tvist” “Nikolas Niklbay” və sş əsərlərini yazmışdır. 2 aprel 1836-cı ildə evlənmişdir. On uşağı olmuşdur. 1842-ci ildə ABŞ və Kanadaya səyahət etmişdir. 1867-1868-ci illərdə yenidən Amerikaya səyahət etmiş və Emerson Fildz və başqaları ilə tanış olmuşdur. 1870-ci ildə vəfat etmişdir.
ƏSƏRLƏRİ
- Bay Pikvi'in maceraları (1837)
- Oliver Tvist (1839)
- Nikolas Nickelbi (1839)
- Atikvar dükanı (1841)
- Milad nəğməsi (1843)
- Martin Çezlvit (1844)
- Devid Koperfild (1850)
- Soyuq ev (1853)
- Məşəqqətli illərr (1854)
- İki şəhərin povesti (1859)
- Böyük ümidlər (1861)
- Müştərək dostumuz (1865)
- Edvin Drudun sirri (1870)
Anadangəlmə aktyor
Çarlz Dikkensin atası kifayət qədər imkanlı, amma yelbeyin adam idi. Çarlz - Gon və Elizabet Dikkensin 6 sağ qalmış uşaqlarının ən böyüyüdür. Aristokrat mənşəli olmasalar da incəsənətə böyük qiymət verəndirlər. Artist təbiətli atası müxtəlif səhnələr quraşdıraraq, öz təssüratlarını danışmağa məcbur edərək, improvizə etməklə, şeir oxumaqla bu uşağı lap əldən salırdı. Valideynləri balaca oğlanı teatra da aparırdılar, bu şöhrətpərəst təbiətli uşağın fantaziyasını tarımda saxlayırdı. Bəlkə də həmən səbəbdən hələ kiçik yaşlarından Çarlzın xırda bir detala görə göz yaşı axıtması kənardan baxana aktyor oyunu kimi görünürdü. Məktəbdə oxumaq ləzzəti və uşaqlığı da onun üçün 10 yaşında bitdi. Dikkenslər maddi durumlarını nəzərə almadan imkanlarından artıq xərclədiyindən ailə borc içində üzürdü. Ana çıxış yolunun Çarlzı işə göndərməkdə tapır. Ayaqqabı yağı doldurulmuş qabların üzərinə kağız yapışdırarkən Çarlz düşünürdü ki, heç vaxt yuyub təmizlənə və bu qoxudan qurtula bilməyəcək. Çarlz üçün işləməkdə ən dəhşətli məqam onda idi ki, pəncərədən onların işləməyini müşahidə edib pıqqıldaşan uşaqların baxışlarına dözməli idi. İş günü 16 saatdan ibarət idi. Atası borca görə tutulanda bütün ailə türmə apartamentinə köçməli oldu. Valideynləri heç maraqlanmadı ki, Çarlz necə yaşayır? Atasıyla türmədəki görüşdən sonra fabrikə qayıdandan sonra Çarlzda ürəkkeçmə olur. O, yerə yıxılıb bir neçə dəqiqə qıc olaraq tutrəyirdi. Bu onu ömrünün sonuna kimi izləyəcək tutmalardan ən birincisi idi. Tutulmasından 3 ay sonra atası miras aldı və borcları qaytardıqdan sonra ailə yenə də azadlıqda görüşə bildi. Amma ana ərinin yenə də qumar və içkiyə qurşanacağından ehtiyatlanaraq Çarlzı işə göndərdi. Dikkens ömrünün sonuna kimi anasına bu addımı bağışlamadı. Atası isə daha mərhəmətli olub uşağı yenidən məktəbə göndərdi. Ona görə də məktəbi bitirəndən sonra Çarlz hüquq kantoruna işə düzələ bildi.
Bir qat komizm, sonra faciə, sonunda isə bir qədər patetika…
Dikkens özünü reportyor kimi təsdiqləyə bildi. Parlamentdə olan debatlara maraq və bunun ətrafındakı hadisələr ingilis cəmiyyətinin mətbuata marağını artırmışdı və qəzetlərin tirajları, qəzet işçilərinin sayına və onlara olan təlabata birbaşa təsir edirdi. Dikkens bu işə baş qoşan kimi nəzərə çarpdı və tezliklə dilinin canlılığı və ironiyası ilə kolleqalarından seçilməyə başladı. Axır ki, o, cəmiyyətdə öz layiqli yerin tutmaq üçün pilləkən rolunu oynayacaq ədəbiyyata gələcək, öz vətəni, ölkəsi, hətta bəşəriyyət üçün də nəsə bir xeyirli iş görə biləcəkdi. Kiçik burjuaziyanın iç üzünü açan ilk oçerkləri diqqətdən kənarda qalsa da növbəti əsəri ona başgicəllədən uğur gətirdi. Onun yaratdığı obraz- qədim İngiltərəni simvolizə edən xeyirxah, optimist, alicənab mister Piknik ədəbiyyatda hardasa Don-Kixot obrazı ilə yanaşı qoyulur. Məşhurlaşan, uğur zirvəsinə dırmaşan kimi Dikkens qarnı ağrayanadək gülməyə məcbur elədiyi ingilis cəmiyyətində tutduğu mövqeni bir daha əlindən buraxmadı. Rahatlıq, komfort, ailə kultu ifadə edən əsərləri yaradarkən o, artıq «Daily News» qəzetinin baş redaktoru idi. İndi o həyatın dibindən tanıdığı obrzları satirik lövhələrə çevirirdi. 24 yaşlı müəllf ilk uğurundan sonra «Çepmen və Xoll» nəşriyyat evindən təklif alır. Bu müqaviləyə əsasən Dikkens 20 ay ərzində hər ay 20 min söz həcmində hekayələr seriyası yazmalı idi. Bu hekayələr ingiki «Sabun operaları» adlanan seriallar kimi bir-biriylə əlaqəli və davamlı olmalı idi. Hər yeni nəşrlə aditoriya böyüyürdü. İlk tiraj 400 nüsxə çıxmışdısa tezliklə tiraj 40 minə qədər qalxır. Dikkens anlamışdı ki, oxucunu məlumatlandırmaq yox, ağladıb güldürməklə əyləndirmək lazımdı. Özü bu üsulu «lay-lay düzülmüş bekon effekti» adlandrırdı. Bir qat komizm, sonra faciə, sonunda isə bir qədər patetika…
Təkrarsız!
30 yaşında Çarlz artıq əsil ulduz idi. Onun şöhrətinin indiki dövrdə kino ulduzlarının şöhrətilə müqayisə etmək olardı. İngiltrənin ən varlı varisi Anjela Bardett-Kauts öz xeyriyyəçilik missiyalarının başında Dikkensi görmək istəyirdi. Londonun ən iyrənc yerlərinin beş barmağı kimi tanımaq miss Kautsın pullaryla birgə gözəl nəticələr verirdi. Bəzən tövbə etmiş küçə qadınları üçün ayrılmış xüsusi evdə mebel seçimi, kanalizasiya borularının təmiri, hətta qadınlar üsün uniforma ilə özü şəxsən məşğul olurdu. Rəsmi naharlarda, oxucularla görüşlərdə bəzən minlərlə adam onu ayaq üstə alqışlayırdı. Dikkens belə reklam aksiyalarını çox sevərdi. 1842-ci ildə okeanın o tayına gedəndə Atlantikanın o biri sahilində də nə qədər məşhur olduğunu anladı. Deyilnə görə kavboylar gecələr ocaq ətrafna yığışıb onun romanlarını oxuyarmış. «Kaş ki, sən də minlərləl klerk, vəkil, keşişlərin Təkrarsızı necə qarşıladığını görəydin» deyə dostuna yazdığı məktbdan sonra hamı onu özünə verdiyi bu ləğəblə çağırmağı başladı. Bir dəfə isə həmin o kütlə Təkrarsızın paltosundan hes olmasa bir qırıq qoparmaq xətrinə əyin başını tikə-tikə parçaladı.
Kabuslarla bərabər həyat
Dikkens arabir trans vəziyyətinə düşür və vaxtaşırı «dejavyu» adlandırılan durumda olurdu. Yazıçının başqa bir qəribəliyini onun dostu Henri Lüis danışmışdı. O deyirdi ki, Dikkens ona etiraf edib ki, yazacağı hər bir kəlməni o, əvvəl eşidir, sonra isə vərəqə köçürür. Onun personajları həmişə onun yanındadır və onlar daimi ünsiyyətdədir. «Əntiq əşyalar dükanı» əsərini yazarkən guya o, nə yata, nə yemək yeyə bilirdi, çünki balaca Nell ondan əl çəkmirdi. O, ayaqlarını yerə döyəcləyərək diqqət və nəvaziş tələb edirdi. Hətta başqalarıyla söhbətləşəndə bu obraz qısqanırmış da. «Martin Çezzlvitt» əsərini yazarkən isə missis Qampın zarafatlarından lap bezmişdi. Dikkens onu xəbərdarlıq edərək demişdi ki, yalnız çağırılanda gəlməsə və özünü aparmağı öyrənməsə onun barəsində bir cümlə də yazılmayacaq. Həmin bu səbəbdən yazıçı küçələrdə gəzişməyi sevirdi. Çünki adam arasında olarkən obrazlar insan kütləsi arasında itir və onu o qədər də narahat etmirdi. Yazıçı özü etiraf edirdi: «Gündüzlər yanımda kimsə olmasa keçinə bilirəm, amma gecələr kabusların əlindən yalnız çoxlu adamların arasında olanda qurtula bilirəm». Bu cümlələri oxuyan psixoloqlar yaxıçıya şizofreniya diaqnozunu qoyurlar.
3 bacıdan biri
Xoş təbəssümlü, sakit, həlim Ketrin Çarlzın görən kimi xoşuna gəldi. Ketrin «hə» cavabı vermək üçün onu çox da incitmədi. Qara saçlı, mavi gözlü Ketrin Xoqart Dikkensin dostunun qızı idi və onun həyat yoldaşı haqqında təsəvvürlərinə tam uyğun gəlirdi. Evləndikdən sonra bal ayı cəmi bir həftə sürdü, çünki Londonda nəşriyyat qarşısında öhdəliklər onu gözləyirdi. İlk illər Ketrinin bacısı Meri onlarla birgə yaşayırdı. İngilis ailələrində ərə getmiş qadının subay bacısının onların evində yaşaması adi haldır. Meri Çarlzı qeyri-adi adam sayırdı. Onlar dostluqdan başqa bir şeyi ağıllarına gətirmirdilər. Ketrin evin qayğılarını çəkərkən, məişətlə məşğul olarkən teatra Çarlzla Meri gedirdi. Bir dəfə teatrdan gələndə Meri gözlənilmədən bayıldı və yerə yıxıldı. Çarlz onu qucaqlayaraq son nəfəsinə kimi buraxmadı. Merinin son sözləri ona ünvanlanmışdı. Qız ürək tutmasında vəfat etdi. Dikkens Merinin barmağındakı üzüyü çıxarıb çeçələ barmağına taxdı və ömrünün sonuna kimi bu üzükdən aralanmadı. Merinin ölmündən sonra bir qadın onun tütdüğü zirvəyə qədər ucaldılmadı. Həmin illər o arvadı Ketrinə hələ ki, bağlı idi. Həyatla mübarizədə arvadınn yumşaqlığı, xeyirxahlığ karına gəlirdi. Bu mübarizə isə bitmək, səngimək bilmirdi. Daxili təlaşı onu ailəsini bir erdən o birinə köçürməyə vadar edirdi. Ketrin narazılıq bildirəndə o, özündən çıxırdı. Evdə Dikkens işləyəndə hamı barmaqları üstündə gəzirdi. Əylənmək istəyəndə isə evi adamlarla doldururdu və Ketrin bütün əyləncələrdə iştirak etməli idi. Onların rolu artıq bölüşdürülmüşdü: Çarlz ailə tiranı olmalı, arvadı isə həyatsevər, çoxsaylı hamiləliklərinə baxmayaraq sağlam və gülərüz görünməli idi. Amma Ketrin Meridən sonra əmələ gələn boşluğu hes vaxt doldura bilmədi. 20 il ərzində 10 uşaq doğmaq əlbəttə ki, qadını gözəlləşdirmir. Dikkensin enerjisi başından aşan vaxt Ketrinin halı bircə təbəssümə çatırdı. Növbəti dəfə yerindən qopub Avropada yaşamağı qərara alanda o, arvadının başqa bir kiçik bacısını onlarla birlikdə yaşamağa dəvət etdi. Corciana bir qədər Meriyə bənzəyirdi, amma Çarlz bunu boynuna almırdı. Corciana ailə teatrında da oynayır, bacısının qayğısına qalır, ev işlərini görürdü. O, həm də cavabsız məhəbbətin qurbanı idi. İllər uzunu sonra Corciana etiraf edir ki, ömrü boyu Çarlzı arzulayıb. Çarlz isə onun qayğısını norma kimi qəbul edərək başqa bir şeyi ağlına gətirməyib.
Həyatla mübarizədə tək
Dikkens sonuncu ehtirasna tuş gələndə 4 yaşı vardı. 18 yaşlı Ellenin aktrisa karyerasında yaxından köməklik göstərsə də onların intim münasibətləri bir qədər gec başladı. Ellenin ürəyinin fəxh edilməsinə 5 il sərf edildi. Yeni qadın nəvaziş, qulluq istəyirdi. Ondan öz arvadın kimi tələblər etmək olmazdı. Ona görə də Çarlz ürəyinin bütün kin-küdurətini evinə qayıdandan sonra ailəsinin və artıq kifirləşmiş arvadından çıxırdı. Evdə vəziyyət dözülməz olmuşdu. Dikkens arvadından tələb edirdi ki, yataqlarını pərdə ilə ayırsın. Sonra ona uşaqları qoyub Fransaya getməyi təklif etmişdi. Məsələnin əsil kökünü bilməyən Ketrin onu kiçik bacısıylı təklikdə qalmaq üsün ondan canını qurtarmaq istəməsində ittiham etdi. Ketren böyük oğlunu götürüb validenlərinin yanına qayıtdı. Dikkens o biri uşaqları götürməyə, hətta onlarla sonra görüşməyə icazə vermədi. Bütün bu ailə dramlarını izləyən baldızı Corciana bacısının dalıyca getmək əvəzinə evin bütün qayğılarını üstünə götürdü. Xoqartlar Dikkensi kiçik qızın yoldan çıxarılmasında ittiham etdilər. Münasibətləri səliqəyə salmaq üçüq Dikkens Corciananı həkimə göstərib onun hələ də bakirə olması barədə arayış aldı. Rəsmi şəkildə ayrılıb Ketrinə illik 600 funtluq təqaüd kəsiləndən sonra Dikkens ömrünün qalan hissəsini özünü Xoqartların qurbanı kimi hiss etməyə başladı. Ruhi rahatlıq tapmaq üçün o, şəxsi həyatını «Ailə qiraəti» adlı məktub şəklində dərc elədi. İndi bütün İngiltərə onun einin içindəkilərdən xəbər tutdu. O, Ketrini laqeyd ana, yararsız arvad elan edəndən sonra öz hörmətinin böyük bir hissəsini itirdi. Dostlarının ondan üz döndərdiyi zaman Dikens «həyatla mübarizədə» özünü qalib kimi duyurdu. Bəzi qəzetlər onun yazılarını çap etməkdən imtina etdi…
Publikanı transa salmaq
İctimai qiraətlə məşğul olmaq elə həmən anlarda ağlına gəldi. Romanları ucadan oxumaq həm gəlir mənbəyi, həm də auditoriya ilə ünsiyyət forması idi. Hamı düşünürdü ki, geniş kütlə qarşısında oxunsa yazıçı hörmətdən düşər. Amma publika onu alqışlayırdı. Adamlar bilet almaq üçün gecədən növbə tutur, polis məsələyə qarışırdı ki, bashabas olmasın. Dikkens yaxasına çiçək taxaraq səhnəyə çıxır və zalın sakitləşəcəyi anı çox gözləməli olurdu. Sonra guya ki, kitaba baxaraq oxuyurdu. Amma deiyrlər ki, o, romanlarını əzbərdən bilirdi. Bəzən isə sehrli şəkildə personajlarının cildinə girirdi. Deyirlər ki, Dikkens hərdən publikanı trans vəziyytinə salırdı. Yazıçının şöhrətpərəs naturası fasiləsiz şəkildə alqışlar və heyranlıq tələb edirdi. Amma hər çıxışdan sonra çol əl və ayağı tutulurdu. İndi onun uşaqlıq arzusu da reallaşmışdı. Kentdə Qedshill malikanəsini almışdı. Bu qədim malikanəni bir vaxtlar ona atası göstərmişdi. Burada Şekspirin «4-cü Henrix» əsərindən Falstafın iştirakıyla bir səhnə oynanılmışdı. Atası ona demişdi ki, əgər özünü yaxşı aparsa nə vaxtsa bu malikanə onunku ola bilər.
Səfillikdən zənginliyədək
Dikkensin böyük oğlu bir dəfə bağdan tükürpədici qışqırtı eşidir. Kişi və qadın bərkdən mübahisə edirdi. Özünü ora atan oğlan qışqıranın atası olduğunu gördü. Dikkens o yaşdaydı ki, artıq sərbəst tərpənə də bilmirdi. Onun nəbzini saymaq mümkün deyildi, çünki əlləri dəhşətlə dərəcədə əsirdi. Onlar 30 il vvəl yazılmış Nensinin qətli səhnəsini məşq edirdilər. Ailə həkimi demişdi ki, belə məşqlərin biri sonuncu ola bilər. Dikkens bu səhnəni sonuncu turnesinə daxil etmişdi. Reallıqdan qaçmaq üçün nəsə etmək lazım idi. Ellen anasıının köməyilə Dikkensin dostlarından birinə ərə getmişdi və artıq onu görmək belə istəmirdi. Xəyalındakı qadını öldürmək Dikkensə rahatlıq gətirirdi. Ellen ərdə olsa da Dikkensin himaydarlığını və təsərrüfat üçün verdiyi pulu qəbul edirdi. Nadir halda görüşdükləri günlərin birində Dikkens onun evində özündən gedib yerə yıxılır. Onu karetaya qoyub evinə gətirir və Corciananın köməyilə yatağına uzadırlar. Bir sutka sonra yazıçı huşa gəlmədən həmən divandaca dünyasını dəyişir. Ölməyindən bir dəqiqə əvvəl yazıçının yanağından bir damla göz yaşı süzülüb yerə damcılayır. Ölümündən sonra Dikkensin 93 milyon funt sterlinq varidatı miras qalmışdı. Bu ingiltərə kraliçəsinin şəxsi varidatından da çoxdur…
MÜƏLLİF: Gülnarə RƏFİQ
No comments:
Post a Comment