27 September, 2009

Attila - Türkün qəzəbi

Atilla
(406-453)
Dünyanın ən məşhur sərkərdələrindən biri. «Avropanın imperatoru» titulunu qazanmış Hun İmperiyasının hökmdarıdır. Atası Muncuk Xandır. Əmisi Roa, onu atası öldükdən sonra bozqırda tək başına yaşamaya çalışırkən tapdı ve yanına aldı. B.E.nın 434-ci ilində taxta çıxan Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.
Avrupa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi ve Şərqi Roma (bax Bizans) imperiyalarını tez tez istila edən Atilla, Orta əsr salnamələlərində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa dillərində "Allahın Bəlası" (İngilizce: Scourge of God, İtalyanca: Flagello di Dio, Fransızca: Fléau de Dieu, Latınca, Flagellum Dei) olaraq anılır. Amma Macar və Türk kültüründə sayqıyla anılır. Avropada hunları Atilladan əvvəl də yaxşı tanıyırdılar. 374-cü ildə hunların xanı seçilən Balamir qərbə doğru xeyli irəliləyərək xeyli torpaqlar almış, şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci ildə o, Dnepri keçərək viziqotları da məğlub etmişdi. Onun dönəmində hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş Roma imperiyasının sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən Qafqazdan keçərək Anadoluda Roma ordusunu məğlub etmişdilər. 409-cu ildə Balamirin oğlu Ulduz xan Bizans üzərinə hücum etdi. Hunların təzyiqinə dözməyən Bizans imperatoru elçi göndərib barışıq təklif etdi. Qədim xristian tarixçisi Ammian Marsellin hunları belə təsvir edir: «Onlar öz arabalarında cəlayi-vətən adamlar kimi köç edirlər. Bu arabalar onların evidir. Orada arvadları oturur. Onlar paltar tikir və uşaqları saxlayırlar.. Hunlar özlərinin yöndəmsiz, amma dözümlü atlarına elə bil bitiblər. Atdan düşmədən öz işlərini görürlər: alırlar, satırlar, ictimai yığıncaqlarda da atdan düşmürlər. Onlar cəlddirlər, atları isə çox sürətlidir. Döyüş vaxtı paz şəklində düzülüb hayqıraraq düşmənin üzərinə atılırlar. Ammian Marsellin yazır ki, hunlar kəmənddən silah kimi çox məharətlə istifadə ediblər. Qılıncları düz, hər iki tərəfi kəsici olub. Uzunluğu bir metrdən artıq olurmuş. Asimmetrik kamandan istifadə ediblər. Bu kamanların üst hissəsi alt hissədən uzun imiş. Bu cür quruluş kamanı daha elastik və at belində çaparkən atmaq üçün daha ələyatımlı edərdi. Atillanın ordusunun özəyini İtil çayı (Volqa), Aral və Qara dəniz sahillərində, Qafqazda yaşayan türklər təşkil edirdi. Bunlar oğuz, altı oğuz, şara və bir sıra sair tayfalar idi. Qoşunda fin-uqor tayfaları - çeremis, erzə, mokşa, çudlar, estlar; qerman tayfaları - qotlar, venedlər də vardı. Bundan başqa fars və slavyanlardan da hun ordusunun tərkibində vuruşanlar az deyildi. 434-ci ildə taxta çıxanda Atillanın qırx yaşı vardı. Deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. İti və nüfuzedici baxışları qarşısında tab gətirmək hər adamın işi deyilmiş. Güclü natiqlik qabiliyyətinə malik olub. Atillanın nitqi ürəklərdə həyat eşgi alovlandırar, ordunun döyüş məharətini artırarmış. O, xüsusən riyakarlara və fırıldaqçılara qarşı çox amansız olub. Bununla yanaşı, öz silahdaşlarına, döyüşçülərinə, xalqına himayədarlıq və kömək edərdi. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib. Atillanın xaqanlığı dövründə də Bizans hunlarla hesablaşır və onlara xərac verirdi. Amma hunların getdikcə güclənməsi onları çox narahat edirdi. Ona görə sülh şərtlərini tez-tez pozur, xəracı gecikdirirdilər. Bu, Atillanın qoşun hazırlayıb onların üzərinə hücum etməsinə səbəb oldu. 447-ci ildə Atilla Balkan səfərinə çıxdı. Yol boyu bütün şəhərləri zəbt edən böyük sərkərdə, nəhayət, gəlib İstanbula çatır. Bizans imperatoru tələsik onun yanına elçilər göndərərək xahiş edir ki, şəhərə girməsin: sülh şərtlərini qəbul edir və söz verir ki, onlara ciddi şəkildə əməl edəcək. Cəza olaraq yeni şərtlər əlavə olunur. Onlar bir qədər də ağır idi. Anatolios müqaviləsi adlanan bu sazişdə aşağıdakı şərtlər olub: 1. Bizans hərbi təzminat olaraq 6000 librə qızıl ödəyəcək. 2. Bizans Dunayın cənubunda, Dunaya beş günlük məsafədə qoşun saxlamayacaq. 3. İki ölkə arasında ortaq bazar artıq türk şəhəri olmuş Nişdə yerləşəcək. 4. Bizans ödədiyi vergini üç qat artıracaq. Yəni 2100 librə (150 000 solidum) qızıl ödəyəcək. 5. Bizans əvvəlki sazişdəki şərtlərə, yəni qaçaqları himayə etməmək, hun hakimiyyətindəki tayfalarla görüşməmək şərtlərinə tam olaraq əməl edəcək. Sülh şərtləri qəbul edilsə də, Bizans üçün bunlar çox ağır idi. Amma başqa yolları da yox idi. Bizans Atilla ordusunun hərbi gücü qarşısında duruş gətirə bilməzdi. Ona görə sui-qəsd hazırlanmasına qərar verdilər. 448-ci ildə İstanbuldan ölkəsinə dönən hun elçilik heyətinə Bizans heyəti də qatılmışdı. Hun heyətinin başında Edikun dururdu. Bizans heyətindən olan Priskosun qeydlərindən görünür ki, buraya Maksiminos, Priskos və Biqila daxil imiş. Sui-qəsdi Biqila həyata keçirməli imiş. Bunun üçün ona bir sandıq qızıl verilibmiş. Deyilənə görə, onun bu niyyətindən heyətdəki digər şəxslərin xəbəri olmayıb. Edikun ondan duyuq düşüb, amma Atillanın Macarıstandakı iqamətgahına gələnə kimi heç nə sezdirməyib. Bura çatanda isə Atillanı olaydan xəbərdar edib. Atilla Biqilanı sorğu-suala çəkib məsələni öyrənəndən sonra Teodosiosa bu məzmunda bir məktub göndərib: «Teodosios da Atilla kimi bir atanın oğludur. Atilla atası Munçuqdan aldığı əsilliyi qoruyub. Amma Teodosios Atillaya xərac verən bir kölə vəziyyətinə düşüb. Teodosios əsilliyini qoruya bilmədiyi kimi, köləlik heysiyyatını da qoruya bilməyib. Çünki əsl əfəndisi Atillanın canına qıymaq istəyib». Atilla bu xəyanətin müqabilində Romanı cəzalandırmalı idi. Amma bəhanəsi yox idi. O, iki ilə yaxın hazırlaşmalı oldu. Hazırlıq bitər-bitməz bəhanə də tapıldı. Bir neçə il əvvəl Roma imperatoru 2-ci Valentinianusun bacısı Honoriya ərə getmək niyyəti ilə Atillaya bir nişan üzüyü göndərmişdi. Bu qız Avqusta adı daşıyırdı, yəni imperator hüququna sahib idi. O, Atillaya ərə getsə, Romada bir nömrəli söz sahibi olacaqdı. Atilla bu nişan üzüyünü xatırladı və nota göndərərək Honoriyanı arvad olaraq qəbul etdiyini bildirdi. Bundan əlavə, cehiz olaraq imperiyanın ona düşən yarısını istədi. Rədd cavabı verdilər. Bu, müharibə üçün yetərincə tutarlı səbəb idi. Bu zaman Atillanın ordusunda 100 min türk və yüz minə yaxın digər tayfalardan döyüşçü olub. Roma imperatoru tələsik bütün xristian dünyasından qoşun yığmağa başlayıb. «Məsihin və Romanın yolunda ölməyə hazır olan» 200 mindən artıq döyüşçü toplanılıb. Nəhayət, Katalaun düzənliyində iki nəhəng ordu üz-üzə dayanıb. Atillaya qarşı Roma imperatoru Aesius çıxıb. Güclü və cəsarətli sərkərdə iki dəfə hunların içində olmuşdu. Bir dəfə əsir kimi, bir dəfə isə sürgündə. Türk və qerman dillərində sərbəst danışan Aesius legionçuların rəğbətini qazanmışdı. Atilla və Aesius uşaqlıq dostu olsa da, Katalaun düzənliyində düşmən kimi üz-üzə gəldilər. Burda iki nəhəng ordu ölüb-dirim uğrunda mübarizəyə başladı. Tarixdə o vaxta kimi bu qədər döyüşçü bir yerə toplaşmamışdı. Dəhşətli qırğın iki gün davam edib. Roma ordusunun təzyiqinə hunların müttəfiqləri yox, türklər özləri müqavimət göstərə bilib. Döyüşün ikinci günü Roma legionçuları geri çəkilib. Atilla qısa hazırlıqdan sonra ordunun gücünü bərpa edərək 452-ci ildə Romaya yönəldi. İmperiya təşviş içində idi. Atilla Romanın qapılarının ağzına çatanda Roma papası başda olmaqla onun yanına nümayəndə heyəti göndərildi. Atilla bu heyəti öz qərargahında qəbul etdi. «Səni salamlayıram, Allahın bəlası!» deyərək Papa Atilladan Romanı bağışlamasını xahiş edirdi. Onun bütün şərtləri qəbul edilirdi, təki qoşun şəhərə girməsin. Atilla İstanbula girmədiyi kimi, Romaya da girmədi. Orada dünya arxitektursının nadir inciləri, qədim dövrlərə aid saysız-hesabsız qiymətli əlyazmalar, kitablar vardı. Bunların məhvi dünya mədəniyyətinə böyük zərbə olardı. İsgəndəriyyə kitabxanasının yandırılmasına səbəb Makedoniyalı İsgəndər və Sezardan fərqli olaraq, Atilla tarixi irsin gələcək nəsillər üçün qalmasını istəyirdı. Nəhayət, Roma papası 1-ci Lev Atillanın onun qarşısında əyilib başına tac qoydu və onu Avropanın imperatoru elan elədi.. Bunu Napoleon da düşünürdü və o da Atilla kimi papanı hüzuruna gətirdən ikinci Avropa imperatoru oldu. Atilla bütün qərbi öz əlinə alandan sonra indi də şərqə – İrana hücum eləmək istəyirdi. İtaliya səfərindən sonra İldiko adlı bir şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat etdi. Bunun sui-qəsd olduğu düşünülür. Amma belə bir versiya da var ki, onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü. Atillanın ölümü hunları matəmə qərq etdi. Rəvayətə görə, onu dəfn edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub. Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Atillanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər. Atillanı heç kəs məğlub edə bilməyib. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox idi. 453-də – Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı. Murad Adcı yazır ki, hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub yox idi.

No comments:

Post a Comment